Pakistanın futbol tarixində 8 ildən sonra İLK

17-10-2023, 00:09           
Pakistanın futbol tarixində 8 ildən sonra İLK
Pakistanda 8 ildən sonra ilk dəfə beynəlxalq futbol oyunu keçiriləcək.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə bu barədə Pakistan Futbol Federasiyasının (PFF) rəsmisi Məhəmməd Yaşal məlumat yayıb.

Məlumata əsasən Pakistan Milli Komandası oktyabrın 17-də paytaxt İslamabaddakı Cinnah İdman Stadionunda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə 0:0 hesablı heç-heçə etdiyi Kambocanı qəbul edəcək.

Qeyd edək ki, Pakistan son beynəlxalq oyununu 2015-ci ildə Əfqanıstana qarşı evdə keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru