Millimiz ilk qələbəsini qazandı

18-10-2023, 00:14           
Millimiz ilk qələbəsini qazandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.

F qrupunda yer alan Samir Əliyevin komandası Lüksemburqla qarşılaşıb. “Azərsun Arena”da keçirilən görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi əvvəlki iki matçda məğlub olub.

17 oktyabr

F qrupu, 4-cü tur

18:00. Azərbaycan – Lüksemburq - 3:2

Qollar: Nəriman Axundzadə,41-pen; Yohann Torres, 88-avtoqol, Ağadadaş Salyanski, 90+1 - Rayan Berberi, 45+5, Leon Elşan, 54

Baş hakim: Dumitri Muntean (Moldova).

Bakı. “Azərsun Arena”.

Xallar:

1. Ukrayna - 3 oyun, 9 xal

2. İngiltərə - 3 oyun, 6 xal

3. Serbiya - 3 oyun, 6 xal

4. Lüksemburq - 4 oyun, 3 xal

5. Azərbaycan - 3 oyun, 3 xal

6. Şimali İrlandiya - 4 oyun, 3 xal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru