İtaliya yığmasının oyunu azərbaycanlı hakimə tapşırıldı

19-10-2023, 11:06           
İtaliya yığmasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb. “Qafqazinfo” xəbər verir ki, referi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarını idarə edəcək.

O, 11-ci qrupun II turunda İtaliya - Şimali İrlandiya, III turunda isə Yunanıstan - İtaliya qarşılaşmalarında ədalət təmsilçisi olacaq. Vüsal Məmmədov isə həmin görüşlərdə yan xətt hakimi qismində ona kömək edəcək.

Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya matçı isə 31-də keçiriləcək. Qrupun bütün görüşləri İtaliyada olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru