Özünü güllələyən məşhur idmançının son paylaşımı: “Hər xəyanət etibardan başlayır” - FOTO

5-11-2023, 13:14           
Özünü güllələyən məşhur idmançının son paylaşımı:
Bolqarıstan millisinin keçmiş biatlonçusu Krasimir Anev özünü qarnından güllələyib. O, ağır yaralı vəziyyətdə Kyustendil şəhərindəki bəndin yaxınlığında tapılıb.

Polisin məlumatına görə, idmançı hərbi xidmətdə olduğu üçün tapançası lisenziyalı olub (Keçmiş biatlonçu 2021-ci ildən təlimatçı kimi hərbi kadrların hazırlanmasına köməklik göstərir).

Bildirilir ki, ölkənin Hərbi Tibb Akademiyasının reanimasiya şöbəsinə yerləşdirilən 36 yaşlı idmançı süni şəkildə komaya salınıb. Onun vəziyyəti stabil ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Anev sosial şəbəkələrdə yazıçı Pavel Vejinovun “hər bir xəyanət etibardan başlayır” sitatını paylaşıb və paylaşımını “mütləq həqiqət” sözləri ilə şərh edib.
Anev 2020-ci ildə karyerasını bitirib. Bolqar biatlonçu Avropa Çempionatının qalibi və dəfələrlə mükafatçısı, Yay Biatlon Dünya Çempionatının mükafatçısı, “Vankuver-2010”, “Soçi-2014” və “Pxençxan- 2018” Olimpiadalarının iştirakçısıdır.



Mənbə: Dir.bg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru