İngiltərə çempionatında lider dəyişdi: “Çelsi” “Tottenhem”i taxtdan saldı - VİDEO

7-11-2023, 12:03           
İngiltərə çempionatında lider dəyişdi: “Çelsi” “Tottenhem”i taxtdan saldı - VİDEO
İngiltərə Premyer Liqasının 11-ci turunda lider “Tottenhem” “Çelsi”ni qəbul edib.

Oxu.Az xəbər verir ki, dramatik keçən qarşılaşmada beş qol vurulub.

“Tottenhem” cari mövsümdə ilk dəfə məğlub olaraq liderliyi əldən verib. Ev sahibləri matçda önə çıxdıqdan sonra oyunda nizamı itiriblər. Belə ki, komandanın iki futbolçusu qırmızı kart alıb. Qonaqlar iki oyunçu üstünlüyü ilə məntiqi sonluğa çatıblar. Beləliklə, “Çelsi” səfərdə əzəli rəqibinə qarşı inamlı qələbə qazanaraq turnir cədvəlində 15 xalla 10-cu pilləyə yüksəlib.

Hazırda turnir cədvəlinə ötən ilin çempionu “Mançester Siti” 28 xalla başçılıq edir. “Tottenhem” 27 xalla ikincidir.

“Tottenhem” – “Çelsi” 1-4
Qollar: Kulisevski, 6, - Palmer, 35(P), N.Cekson, 75, 94, 97.

Qırmızı kart: C.Romero, 33, D.Udogie, 55. (“Tottenhem”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru