Çempionlar Liqası: “Borussiya” qələbə qazandı, “Barselona” isə uduzdu - VİDEO

8-11-2023, 08:19           
Çempionlar Liqası: “Borussiya” qələbə qazandı, “Barselona” isə uduzdu - VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib.

Bu axşam E, F, G və H qruplarında növbəti oyunlar keçiriləcək.

Matçlardan artıq ikisi başa çatıb.

F qrupunda Dortmund “Borussiya”sı İngiltərə “Nyukasl”ını qəbul edib. Ev sahibləri 3 xalı 2 cavabsız qolla təmin edərək qrupda liderliyə yüksəliblər - 2:0.

H qrupunda isə lider “Barselona” “Şaxtyor”un qonağı olub. Pley-offa çıxışı vaxtından əvvəl təmin etmək şansını qaçıran Xavinin yetirmələri oyundan əliboş ayrılıblar - 1:0.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Nyukasl” (İngiltərə) 2:0

Xal durumu: “Borussiya” - 7, PSJ - 6, “Nyukasl” - 4, “Milan” - 2.

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Barselona” (İspaniya) 1:0

Xal durumu: “Barselona” - 9, “Portu” - 6, “Şaxtyor” - 6, “Antverpen” - 0.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru