Çempionlar Liqası: “Mançester Siti” və “Leypziq” 1/8-də, “Barselona” və PSJ məğlub oldu - YENİLƏNİB + VİDEO
8-11-2023, 12:14

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib.
Oxu.Az xəbər verir ki, E, F, G və H qruplarında səkkiz oyun baş tutub.
G qrupunda “Mançester Siti” və “Leypziq” müvafiq olaraq “Yanq Boyz” (3:0) və “Srvena Zvezda”nı (2:1) məğlub edərək artıq 1/8 mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.
E qrupunda “Atletiko” “Seltik”in qapısından altı cavabsız top keçirib - 6:0.
Turun mərkəzi qarşılaşmasında isə F qrupunda “Milan” - PSJ-dən üstün olub - 2:1.
Qeyd edək ki, A, B, C və D qruplarında IV turun görüşləri noyabrın 8-də keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
“Atletiko” (İspaniya) - “Seltik” (Şotlandiya) 6:0
“Latsio” (İtaliya) - “Feyenoord” (Niderland) 1:0
Xal durumu: “Atletiko“ - 8, “Latsio“ - 7, “Feyenoord” - 6, “Seltik“ - 1.
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Nyukasl” (İngiltərə) 2:0
“Milan” (İtaliya) - PSJ (Fransa) 2:1
Xal durumu: “Borussiya” - 7, PSJ - 6, “Milan” - 5, “Nyukasl” - 4
G qrupu
“Mançester Siti” (İngiltərə) - “Yanq Boyz” (İsveçrə) 3:0
“Srvena Zvezda” (Serbiya) - “Leyptsiq” (Almaniya) 1:2
Xal durumu: “Mançester Siti” - 12, “Leyptsiq” - 9, “Yanq Boyz” - 1, “Srvena Zvezda” - 1.
H qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) - “Barselona” (İspaniya) 1:0
“Portu” (Portuqaliya) - “Antverpen” (Belçika) 2:0
Xal durumu: “Barselona” - 9, “Portu” - 9, “Şaxtyor” - 6, “Antverpen” - 0.
23:43
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib.
Oxu.Az xəbər verir ki, bu axşam E, F, G və H qruplarında keçiriləcək növbəti oyunlardan artıq ikisi baş tutub.
F qrupunda Dortmund “Borussiya”sı İngiltərə “Nyukasl”ını qəbul edib. Ev sahibləri 3 xalı 2 cavabsız qolla təmin edərək qrupda liderliyə yüksəliblər - 2:0.
H qrupunda isə lider “Barselona” “Şaxtyor”un qonağı olub. Pley-offa çıxışı vaxtından əvvəl təmin etmək şansını qaçıran Xavinin yetirmələri oyundan əliboş ayrılıblar - 1:0.
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Nyukasl” (İngiltərə) 2:0
Xal durumu: “Borussiya” - 7, PSJ - 6, “Nyukasl” - 4, “Milan” - 2.
H qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) - “Barselona” (İspaniya) 1:0
Xal durumu: “Barselona” - 9, “Portu” - 6, “Şaxtyor” - 6, “Antverpen” - 0.