Neymarın villasına silahlı basqın: ata-anasının əl-qolu bağlanıb və.... ata-anasının əl-qolu bağlanıb və....

11-11-2023, 07:57           
Neymarın villasına silahlı basqın: ata-anasının əl-qolu bağlanıb və....
Brazilya milli komandasının hücumçusu Neymarın evinə silahlı basqın olub.

Mia.az xarici mətbuata istinadla xəbərr verir ki, zədələndiyi üçün bir il meydandan kənarda qalacaq Neymarın Brazilyanın San Paulu şəhərindəki villasına 3 silahlı şəxs qəfil hücum edib.

Məlumata görə, basqınçılar Neymarın ata və anasının əl-qolunu bağlayaraq, evdə olan qiymətli daş-qaşları, saat və pulları oğurlayıblar: "Qonşuların hücumu fərq etməsindən sonra əraziyə polislərin gəlməsi basqınçıları planlarını sonadək icra etməyə imkan verıməyib. Onlar hadisə yerindən qaçıblar. Polis qısa zamanda basqınçılardan birini saxlayıb. Onun 20 yaşı var. Digərlərinin axtarışı isə davam edir".

Saxlanılan və 20 yaşlı basqınçı ilkin ifadəsində deyib ki, məqsədləri Neymarın körpəsini oğurlamaq və ondan bunun əvəzində daha böyük pul almaq olub.

Hadisədən sonra Neymar və xanımı sosial mediada açıqlama verərək, bildiriblər ki, baş verənlər filmi xatırladıb: "Hər şey yaxşıdır. Əss da odur ki, hər kəs sağ-salamatdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru