“Real Madrid” Mbappenin qardaşını da alır

28-02-2024, 10:37           
“Real Madrid” Mbappenin qardaşını da alır
“Real Madrid” Kilian Mbappenin kiçik qardaşı Etan Mbappeni də alacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Kilian Mbappe ailəsi ilə birlikdə “Real Madrid”dən 17 yaşlı Etan Mbappeni transfer etməyi də xahiş edib. Nəticədə, İspaniya klubu ikinci müqavilə üçün razılaşıb.
“Liqa 1”in cari mövsümündə Etan Mbappe cəmi bir dəqiqə oynayıb.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda “Real Madrid”ə keçməyə qərar verib. Artıq “Santyaqo Bernabeu”da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb.
Bu mövsüm Mbappe “Liqa 1”də 20 matçda iştirak edib, bu matçlarda 21 dəfə (6-sı penaltidən olmaqla) qol vurub və 4 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru