“Çelsi” “Nyukasl”dan üstün oldu - VİDEO

12-03-2024, 16:04           
“Çelsi” “Nyukasl”dan üstün oldu - VİDEO
İngiltərə Premyer Liqasının 28-ci turunda “Çelsi” “Nyukasl”la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Londondakı “Stemford Bric” stadionunda baş tutan matç ev sahiblərinin qələbəsilə bitib - 3:2.

Artıq altıncı dəqiqədə Nikolas Cekson qonaqların qapısını dəqiq nişan alıb. Lakin fasiləyə bir neçə dəqiqə qalmış “sağsağanlar”ın hücumçusu Aleksander İsak tablodakı bərabərliyi bərpa edib. 58-ci dəqiqədə Palmer yenidən meydan sahiblərini önə çıxarıb. 76-cı dəqiqədə isə Mudrik hesab arasındakı fərqi artırıb. Son dəqiqədə qonaqlar daha bir qol vursalar da, bu, “zadəganlar”ın qələbəsinə mane olmayıb.

Beləliklə də, 28 oyundan sonra “Çelsi”nin 39 xalı var və komanda 11-ci yerdədir. Öz növbəsində, Premyer Liqada eyni sayda oyundan sonra “Nyukasl” 40 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, ilk dövrə matçında “sağsağanlar” doğma meydanda londonluları darmadağın edib - 4:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru