Ronaldunun komandası Asiya Çempionlar Liqasından kənarda qaldı - VİDEO

12-03-2024, 16:34           
Ronaldunun komandası Asiya Çempionlar Liqasından kənarda qaldı - VİDEO
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda BƏƏ-nin “Əl-Ayn” komandası ilə qarşılaşıb.

Matçın ilk hissəsi Qətərdəki birinci oyunda “Əl-Ayn”ın qələbə topunun müəllifi olan Rahiminin dublu ilə yadda qalıb. Lakin sonradan toparlanan “Ən-Nəsr” geridönüş edərək 3:2 hesablı qələbə qazanıb. Belə olduqda, iki görüşün nəticəsinə görə (3:3) əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtda “Ən-Nəsr” meydanda azlıqda qalıb. Bundan istifadə edən qonaqlar daha bir dəfə fərqlənərək matçda hesabı bərabərləşdiriblər, ümumi hesabda isə üstünlük əldə ediblər. Əlavə vaxtın son dəqiqələrində “Ən-Nəsr”in kapitanı Kriştianu Ronaldu penaltidən komandasını ümidləndirib - 4:3 (4:4).

Amma futbol lotereyası hesab olunan penaltilər seriyasında Ronaldudan savayı “Ən-Nəsr”in heç bir oyunçusu qapını dəqiq nişan ala bilməyib və nəticədə komanda Çempionlar Liqasından kənarda qalıb.

Qeyd edək ki, “Əl-Ayn” Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” - “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru