Messi ərəb brendinin siması oldu - VİDEO

13-03-2024, 12:14           
Messi ərəb brendinin siması oldu - VİDEO
Dünya şöhrətli futbolçu Lionel Messi Səudiyyə Ərəbistanında geyim brendinin reklamına çəkilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Bein.Sports” məlumat yayıb.

Belə ki, Argentina millisinin və “İnter Mayami”nin hücumçusu “Sayyar” brendinin siması olub.

Bu şirkət geyim və digər aksessuarların istehsalçısıdır.

Brendin “X” səhifəsində Messinin çəkildiyi videoçarx paylaşılıb. O, videoya ənənəvi ərəb geyimində çəkilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.