Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan daha bir komanda bəlli oldu - VİDEO

13-03-2024, 13:04           
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan daha bir komanda bəlli oldu - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, qarşılaşma İspaniyada keçirilib. “Barselona” İtaliyanın “Napoli” komandasını sınağa çəkib.

Kataloniya təmsilçisi rəqibin qapısından 3 top keçirib. Qonaqlar isə bu toplardan yalnız birinin əvəzini çıxa biliblər - 3:1.

Xatırladaq ki, tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1. İki oyunun nəticəsinə (4:2) əsasən, “Barsa” 1/4 finala adlayıb.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”, “Mançester Siti”, PSJ və “Bavariya” 1/4 finala vəsiqə əldə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru