Çempionlar Liqası: “Arsenal” - “Portu” oyununun qalibini penaltilər müəyyənləşdirdi - VİDEO

13-03-2024, 13:14           
Çempionlar Liqası: “Arsenal” -
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, qarşılaşma İngiltərədə keçirilib. “Arsenal” Portuqaliyanın “Portu” komandasını sınağa çəkib.

41-ci dəqiqədə “Arsenal”ın heyətində belçikalı vinger Leandro Trossard fərqlənib və oyun bu hesabla başa çatıb - 1:0.

Tərəflər arasındakı birinci görüş “Portu”nun xeyrinə yekunlaşmışdı - 1:0. İki oyunun nəticəsinə (1:1) əsasən, matça 30 dəqiqə əlavə vaxt artırılıb. Təyin olunan əlavə vaxtda da komandalar oyunun taleyini həll edə bilməyiblər.

Penaltilər seriyasında “Arsenal”ın futbolçuları daha dəqiq olublar - 4:2.

Beləliklə, “Arsenal” UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan növbəti klub olub.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”, “Mançester Siti”, PSJ, “Bavariya” və “Barselona” 1/4 finala vəsiqə əldə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru