“Qarabağ” üçün şans – “Bayer”in 3 futbolçusu sıradan çıxdı

13-03-2024, 12:01           
“Qarabağ” üçün şans – “Bayer”in 3 futbolçusu sıradan çıxdı
Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer”də heç də bütün futbolçular oyuna hazır deyil.

SAVASH.ORG xəbər verir ki, konkret olaraq 3 futbolçu sabahkı görüşdə baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq. Braziliyalı müdafiəçi Artur qasıq nahiyəsindən zədəlidirsə, komandanın aparıcı hücumçusu Viktor Bonifeysin əzələsində problem var. Həmçinin yarımmüdafiəçi Noay Mbamba da görüşü tribunadan izləməli olacaq.

Qeyd edək ki, sabah Leverkuzendə keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.