Çempionlar Liqası: 1/4 finalın daha bir iştirakçısı bəlli oldu - VİDEO

14-03-2024, 15:54           
Çempionlar Liqası: 1/4 finalın daha bir iştirakçısı bəlli oldu - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.

Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edib. İlk qarşılaşma 1:1 hesablı bərabərliklə yadda qaldığından komandalar meydana yalnız qələbə üçün çıxıblar. Ceydon Sançonun matçın üçüncü və Marko Roysun 90+5-ci dəqiqəsində vurduğu qollar almanları 1/4 finala çıxarıb - 2:0 (3:1).

Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru