Millimizin baş məşqçisi yerli yoxsa, əcnəbi olacaq? – AFFA-nın baş katibi açıqladı

16-03-2024, 10:14           
Millimizin baş məşqçisi yerli yoxsa, əcnəbi olacaq? –
Millimizin baş məşqçi postu hələ ki boş qalmaqdadır.
De Byazinin gedişindən sonra komandanın yerli və ya əcnəbi məşqçiyə tapşırılacağı haqda fikirlər müxtəlifdir. Təbii ki, əcnəbi məşqçilərdən yarımadığı üçün futbol ictimaiyyəti yerlilərə də şərait yaradılmasının tərəfdarıdır. Bəs AFFA nə düşünür?
Qaynarinfo-nun Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə sualı qurumun baş katibi Sərxan Hacıyev cavablandırıb. Gəncə şəhər stadionunda yeni inşa olunmuş futbol akademiyası haqqında jurnalistlərə açıqlama verən Hacıyev millinin yeni baş məşqçisinin müəyyən kriteriyalara uyğun olması ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib:
“Bu sualı cavablandırmaq üçün bir qədər zamana ehtiyac var. Bu məsələ ilə bağlı xüsusi işçi qrupu yaradılıb. Qrup üzvləri arasında müəyyən fikir mübadilələri aparılırdı. Lakin dəqiq olaraq yerli və ya əcnəbi məşqçi gəlməsi ilə bağlı fikirlər səsləndirilməyib. Ümumilikdə baş məşqçinin hansı kriteriyalara uyğun olması ilə bağlı fikir mübadiləsi aparılıb. Əlbəttə ki, bu məsələyə aydınlıq gətirmək üçün bir qədər zamana ehtiyac var”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.