Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real Madrid”in tarixinə düşdü” - FOTO

16-03-2024, 17:34           
Arda Güler İspaniya mətbuatının manşetlərində:
“Real Madrid” klubunda çıxış edən türkiyəli məşhur futbolçu Arda Güler ​​İspaniyada gündəmdə qalmağa davam edir.

İspan nəhənginin heyətində ilk qolunu vuran 19 yaşlı gənc futbolçu İspaniya mətbuatının manşetlərinə düşüb.

“Marca” qəzeti “Arda Güler ​​“Real Madrid” tarixində qol vuran 416-cı futbolçu oldu” başlıqlı yazı dərc edib və üz qabığında “Real Madrid”in qol vuran futbolçularının adlarına yer verib.

Arda Güler “Real Madrid”in “Celta Vigo” ilə matçında atdığı qolla ​​klub tarixində qol vuran 416-cı futbolçu olub.

Xatırladaq ki, uzun müddət zədəli olan Arda Güler “Real Madrid”də bu səbəblə xeyli vaxt forma geyinə bilməyib. Zədəsi sağaldıqdan sonra 6 matçda forma geyinib və ​​son matçda 1 qol vurub.







Mənbə: NTV.com.tr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru