“Qarabağ” qarşısında aciz qalan məşqçi bu təklifi geri çevirdi

16-03-2024, 16:24           
“Qarabağ” qarşısında aciz qalan məşqçi bu təklifi geri çevirdi
“Braqa”nın baş məşqçisi Artur Xorxe Moskva “Spartak” ının təklifindən danışıb.

Aut.az xəbər verir ki, mütəxəssis Rusiya klubunun təklifini rədd etdiyini bildirib:

“Bir müddət əvvəl “Spartak”ın nümayəndələri mənimlə əlaqə saxladılar. Lakin mən danışıqlardan imtina etdim. Çünki burada işləməyə davam etmək istəyirəm. 2025-ci ilə qədər müqaviləm var. Burada qalib gəlmək istəyirəm. Nə qədər ki, məni görmək istəyirlər, qalacağam.

Mənim öhdəliklərim var. Maraqlı layihələr ola bilər. Lakin onlarla indiki halda anlaşmaq yanlış görünür. Məni burada saxlayan şey puldan çox önəmlidir. Bu, mənim həyatımın layihəsidir və onu həyata keçirmək niyyətindəyəm”.

Qeyd edək ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olaraq mübarizəni dayandrııb – 4:2, 2:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru