Rusiyalı qapıçıdan dünya rekordu: 124 zərbəni qaytardı - VİDEO

17-03-2024, 09:42           
Rusiyalı qapıçıdan dünya rekordu: 124 zərbəni qaytardı - VİDEO
Rusiya hokkey liqasında pley-off seriyasının dördüncü oyunu Sankt-Peterburqda baş tutub. Burada yerli “SKA-Neva” komandası Tulanın “Mixaylov Akademiyası”na əlavə vaxtda məğlub oldu 0:1.

158 dəqiqəli oyun ev sahiblərinin qapıçısı Artemiy Pleşkov sayəsində hokkey tarixinə düşüb. Belə ki, Pleşkov bu görüşdə dünya rekorduna imza atıb və bir matçda 124 zərbəni dəf edib.

Buna baxmayaraq, onun komandası uduzub. “Mixaylov Akademiyası” tarixində ilk dəfə Petrov Kubokunun yarımfinalında çıxış edəcək.
Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru