Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük üzv seçilib

20-03-2024, 09:54           
Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük üzv seçilib
Şotlandiyalı tanınmış baş məşqçi Ser Aleks Ferqyuson Almaniyanın “Ayntraxt” klubunun ömürlük fəxri üzvü seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Frankfurt klubunun “X” hesabında məlumat yayılıb.

Bundesliqa təmsilçisi bu münasibətlə Ferqyusona 10 nömrəli forma hədiyyə edib.

82 yaşlı mütəxəssis Almaniya klubu ilə həmişə sıx təmasda olduğunu, “Ayntraxt”ın üzvü olmaqdan məmnunluq hissi keçirdiyini deyib. O, UEFA Kubokunun 1979/80 mövsümündə Şotlandiya “Aberdin”ini çalışdırarkən “Ayntraxt”la qarşılaşıb. Həmin matçda Ferqyusonun komandası məğlub olub.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted” ilə işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru