Avropa komandalarının yeni reytinqi - "Qarabağ" neçəncidir?

20-03-2024, 16:44           
Avropa komandalarının yeni reytinqi -
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Teleqraf.com xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 65-cidir.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə səfər oyunundakı heç-heçədən (2:3) sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib.

"Neftçi" 27 xalla 240-cıdır. "Sabah" 20 xalla 260-cı pillədədir. Paytaxt klubları müvafiq olaraq 2 və 5 pillə irəliləyiblər. "Qəbələ" 5 xalla 367-cı yerdə qalıb.

Qeyd edək ki, siyahıya 2444 xala malik "Real" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru