Azərbaycan idmançısı Almaniyada keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub

21-03-2024, 11:54           
Azərbaycan idmançısı Almaniyada keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub
Azərbaycan atıcısı Ruslan Lunyov Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıb.

Oxu.Az xəbər verir ki, o, kişilər arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda bürünc medalın sahibi olub.

Qeyd edək ki, daha öncə Nigar Nəsirova və Ruslan Lunyov tandemi 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında qızıl mükafata yiyələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru