Almaniya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

21-03-2024, 15:05           
Almaniya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır
​Almaniyanın “Auqsburq” klubu “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə maraqlanır.

Azerisport.com xəbər verir ki, Almaniya klubunun nümayəndələri Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendəki “Qarabağ”la cavab görüşünü stadiondan izləyiblər.

“Auqsburq”un təmsilçilərindən biri Monteneqro yığmasının yarımmüdafiəçisinin iştirakı ilə daha bir oyuna baxacaq.

Bu dəfə almanlar Antalyada Monteneqro və Belarus yığmaları arasında yoldaşlıq görüşünə yollanacaq.

Bundesliqa təmsilçisinin mövsümün sonunda Yankoviçin transferi ilə bağlı “Qarabağ”a rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Yankoviçin Ağdam klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru