AVRO-2024-ün açılış oyunundan əvvəl Bekkenbauerin xatirəsi yad olunacaq

12-06-2024, 10:54           
AVRO-2024-ün açılış oyunundan əvvəl Bekkenbauerin xatirəsi yad olunacaq
Almaniyada keçiriləcək Avropa çempionatının açılış matçından əvvəl əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi yad olunacaq.

“Cebhe.info” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi ölkə ilə Şotlandiya arasında baş tutacaq ilk oyundan öncə Almaniya milli komandasının sabiq kapitanları Yurqen Klinsmann və Bernard Dits yarışın kubokunu meydana gətirəcəklər.

Mərasimdə AVRO-1972-də yığmanın kapitanı olmuş Bekkenbauerin həyat yoldaşı Haydi iştirak edəcək.

Qeyd edək ki, F.Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və dünya çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru