Portuqaliya qələbə qazandı, Ronaldu dubl və dünya rekorduna imza atdı VİDEO

12-06-2024, 09:38           
Portuqaliya qələbə qazandı, Ronaldu dubl və dünya rekorduna imza atdı  VİDEO
Futbol üzrə Avropa çempionatı ərəfəsində dünyanın yaşıl meydanlarında yoldaşlıq görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, sınaq xarakteri daşıyan belə qarşılaşmalar çərçivəsində Belarus millisi İsraili qəbul edib.

Qonaqlar ev sahiblərini meydana çıxmağa peşman ediblər. İsraillilər belarusların qapısından düz dörd cavabsız top keçiriblər - 0:4.

AVRO-2024-də iştirak edəcək komandalardan Ukrayna səfərdə Moldovanı eyni hesabla darmadağın edib - 0:4.

Portuqaliya isə ev matçında İrlandiyadan üstün olub. Komandanın lideri Kriştianu Ronaldu da həmyerlilərinə qoşulub. 39 yaşlı hücumçu matçda dubl etməklə komandasının qələbəsində böyük pay sahibi olub - 3:0.

Qeyd edək ki, bu matç Ronaldu üçün həm də dünya rekordu ilə yadda qalıb. Hücumçu yığma ilə 1226-cı oyununa çıxaraq Braziliya millisi və "San-Paulu"nun sabiq qapıçısı Rogerio Seni (1225) keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru