Albaniyada futbola görə parlamentin iclası ləğv edildi

14-06-2024, 09:39           
Albaniyada futbola görə parlamentin iclası ləğv edildi
Albaniya parlamentinin gələn həftə baş tutmalı olan plenar iclası ləğv edilib.

Buna 140 deputatın əksəriyyətinin AVRO-2024 üçün Albaniya millisinin oyunlarına qatılmaq məqsədilə Almaniyaya getməsi səbəb olub.

Məlumata görə, deputatların çoxu Almaniyaya maşınla gedəcək və onların səfəri bir gündən çox çəkəcək.

Vurğulanıb ki, bu məqsədlə iyunun 13-də baş tutmalı olan daha bir iclas iyunun 12-də keçirilib.

Qeyd edək ki, Avropa çempionatında Albaniya yığması İspaniya, Xorvatiya və İtaliya ilə eyni qrupda çıxış edəcək.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru