Neymar bu komandada oynamaq istəyir

15-06-2024, 08:34           
Neymar bu komandada oynamaq istəyir
Braziliya millisinin “Əl-Hilal” hücumçusu Neymar ölkəsinin “Flamenqo” klubunda oynamaq arzusundadır.

Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu özü danışıb. O deyib:

“Mən həmişə deyirdim ki, “Flamenqo”da oynamaq istəyirəm. Təbii ki, bu mənim “Santos”dan sonra ikinci sevimli komandamdır. “Flamenqo”nu həqiqətən sevirəm.

Bir gün burada oynaya bilsəm, əlbəttə ki, çox məmnun olaram. Bunun nə vaxtsa olub-olmayacağını bilmirəm, ancaq Tanrı bilir. Hələ də “Əl-Hilal”la müqaviləm var, amma heç kim bizi gələcəkdə nəyin gözlədiyini bilmir”.

Braziliyalı futbolçu “Santos” akademiyasının yetirməsidir. O, bu komandada 183 oyun keçirib, 107 qol vurub və 51 qolun ötürməsini verib. Hücumçu 2023-cü ilin yayında PSJ-dən “Əl-Hilal”a keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru