Marko Roys yeni macəraya yelkən açdı: "Los Anceles Qalaksi" ilə müqavilə imzaladı

16-08-2024, 12:38           
Marko Roys yeni macəraya yelkən açdı:
Almaniyanın Dortmund "Borussiya"sının keçmiş kapitanı Marko Roys ABŞ Futbol Liqasının (MLS) "Los Anceles Qalaksi" klubu ilə müqavilə imzalayıb.

TASS xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

35 yaşlı Roys 2012-ci ildən "Borussiya"da oynayır. Yarımmüdafiəçi bu müddət ərzində komandanın heyətində 429 oyunda iştirak edib, 170 qol vurub və 131 məhsuldar ötürmə edib. Roys üç dəfə (2012, 2014, 2019) Almaniya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru