Kilian Mbappenin "Real Madrid"ə keçidi ilə bağlı yeni iddialar

12-09-2024, 18:54           
Kilian Mbappenin "Real Madrid"ə keçidi ilə bağlı yeni iddialar
Fransalı ulduz futbolçu Kilian Mbappe "Real Madrid" klubundan öncə "Liverpul"un təklifini qəbul edib.

Fransa mətbuatı ulduz futbolçunun 2022-ci ildə PSJ ilə müqaviləsini yenilədikdən sonra layihənin uğursuz olduğunu anladığını iddia edib.

Bu səbəbdən də hücumçu rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.

Həmin dövrdə "Liverpul"un Fransa təmsilçisinə 200 milyon avro təklif etdiyi, lakin parislilərin bunu qəbul etmədiyi bildirilib. Fransızlar oyunçu üçün 400 milyon avro istəyiblər. Mbappe PSJ-nin Robert Levandovski və Bernardo Silva kimi futbolçuları heyətinə qata bilməməsindən məyus olub.

Maraqlıdır ki, Kilian Mbappe bu səbəbdən "Liverpul"la şifahi razılığa gəlib, lakin əsas arzusu "Real Madrid" olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru