Ronaldinyo ABŞ klubunun səhmdarı olub

11-10-2024, 10:54           
Ronaldinyo ABŞ klubunun səhmdarı olub
İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin keçmiş oyunçusu Ronaldinyo ABŞ klubu "Qrinvil Triumf"un səhmdarı olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Karolina təmsilçisi 2018-ci ildə yaradılıb və ABŞ-nin III Liqasında çıxış edir.

44 yaşlı keçmiş yarımmüdafiəçi futbolun inkişafına dəstək üçün belə addım atdığını bildirib.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə karyerasını başa vurub. O, Braziliyada "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" və Meksikada "Queretaro" klublarında forma geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru