Britaniyalı atlet 28 yaşında dünyasını dəyişib

14-10-2024, 17:24           
Britaniyalı atlet 28 yaşında dünyasını dəyişib
Avropa çempionatında və "Brilyant liqada" mübarizə aparan britaniyalı atlet Robbi Fitsqibbon 28 yaşında vəfat edib.
Bu barədə "Sky Sports" məlumat yayıb.

Fitsqibbon orta məsafəyə qaçış üzrə ixtisaslaşıb, 2019-cu ildə qapalı məkanda keçirilən Avropa çempionatında 1500 metr məsafəyə qaçış üzrə finala yüksəlib və səkkizinci yeri tutub. Daha sonra o, topuğundan zədə alıb və əməliyyat olunub, bundan sonra əvvəlki səviyyəsinə qayıda bilməyib.

Fitsqibbon 2025-ci ildə psixi sağlamlıq xeyriyyə fondu üçün pul toplamaq üçün Brayton Marafonunu keçirməyi planlaşdırırdı.

İdmançı bu il etiraf edib ki, 2022-ci ildə ona psixoz diaqnozu qoyulub.

Fitsqibbonun ölüm səbəbi açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru