21-ci əsrin ən yaxşı transferləri müəyyənləşib

18-10-2024, 15:54           
21-ci əsrin ən yaxşı transferləri müəyyənləşib
2000-ci ildən bəri ən yaxşı futbol transferlərinin reytinqi təqdim edilib.

Oxu.Az xəbər verir ki, reytinqi "Goal" nəşri hazırlayıb.

Siyahıda birinci yeri 2003-cü ildə portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 12 milyon funt-sterlinqə İngiltərənin "Mançester Yunayted" klubuna transferi tutub.

İlk üçlüyə, həmçinin Ceymi Vardinin 1.7 milyon funt-sterlinqə İngiltərənin "Lester" klubuna və Samuel Eto'Onun 38.5 milyon funt-sterlinqə İtaliyanın "İnter" klubuna keçidi daxildir. Siyahıda Zlatan İbrahimoviçin də adı yer alıb.

"Goal"a görə 21-ci əsrin ən yaxşı 5 transferi:

1. Kriştianu Ronaldu ("Mançester Yunayted");

2. Ceymi Vardi ("Lester");

3. Samuel Eto'O ("İnter" Milan);

4. N'Qolo Kante ("Lester", "Çelsi");

5. Riyad Marez ("Lester").












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru