Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u darmadağın edib

20-10-2024, 09:44           
Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u darmadağın edib
Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.

“Report” xəbər verir ki, Antalya stadionunda baş tutmuş matçı baş hakim Ali Sansalan idarə edib.

Matçda hesab erkən açılıb: artıq 10-cu dəqiqədə argentinalı hücumçu Mauro İkardi Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də “sarı-qırmızılar” üstünlüklərini davam etdirib. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub – 0:3.

Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.

“Antalyaspor” isə eyni sayda oyuna cəmi səkkiz xal toplaya bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru