Mbappenin qolu "Real Madrid"ə qələbə qazanmağa kömək etdi

20-10-2024, 12:24           
Mbappenin qolu "Real Madrid"ə qələbə qazanmağa kömək etdi
İspaniya La Liqasının 10-cu turunun "Selta Viqo" - "Real Madrid" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, Viqodakı oyunda "Real Madrid" 1:2 hesabı ilə qalib gəlib.

20-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı açıb. "Selta"nın cavab qolunu 51-ci dəqiqədə yarımmüdafiəçi Villot Svedberq vurub. Qonaqlara qələbə qazandıran qola isə hücumçu Vinisius Junior imza atıb - 1:2.

Keçirilən 10 matçdan sonra "Real Madrid" 24 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. Eyni sayda oyundan sonra "Selta" 13 xalla 10-cu pillədə qərarlaşıb. Növbəti mərhələdə "Selta" "Leqanes"lə (27 oktyabr), "Real" isə "Barselona" ilə (26 oktyabr) qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru