“Qarabağ” UEFA reytinqində GERİLƏDİ

2-12-2024, 00:11           
“Qarabağ” UEFA reytinqində GERİLƏDİ
Klubların UEFA reytinqi açıqlanıb.
TEREF unikal-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında V, Konfrans Liqasında IV turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Lion"a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.

Ağdam klubunun hesabında 32,000 xal var. "Qarabağ" bir addım geriləyib. Plzen "Viktoriya"sı təmsilçimizi geridə qoyub.

"Neftçi" 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik "Mançester Siti" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru