La Liqa: "Barselona" liderliyə yüksəldi

18-02-2025, 12:28           
La Liqa: "Barselona" liderliyə yüksəldi
İspaniya La Liqasının 24-cü turu "Barselona" üçün uğurlu olub.

Oxu.Az xəbər verir ki, doğma azarkeşləri qarşısında "Rayo Valyekano"nu qəbul edən katalonlar 28-ci dəqiqədə hesabı açıblar. Levandovski penaltidən fərqlənib.

Bu, oyunda yeganə qol olub və meydan sahiblərinin minimal hesablı üstünlüyünü rəsmiləşdirib - 1:0.

Qələbə sayəsində "Barsa" xallarının sayını 51-ə çatdıraraq "Real Madrid"ə çatıb və əlavə göstəricilərə görə kral klubunu qabaqlayaraq liderliyə yüksəlib. "Rayo Valyekano" isə 35 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru