"Fənərbağça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb

19-02-2025, 17:34           
"Fənərbağça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb
"Fənərbağça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Qalatasaray" - "AZ Alkmaar" oyununu (ilk görüş - 1:4) ingiltərəli hakimlər idarə edəcəklər. Referi Entoni Teylorun köməkçiləri Qeri Besvik və Yan Hussin olacaqlar. Dördüncü hakim funksiyasını Sem Barrot yerinə yetirəcək. VAR Darren İnqlendə (Portuqaliya), AVAR isə Stuard Etvellə (İspaniya) həvalə olunub.

Bu görüşə UEFA nümayəndəsi kimi Azərbaycan təmsilçisi Orxan Hüseynzadə təyinat alıb.

"Anderlext" - "Fənərbağça" matçı (ilk oyun - 0:3) İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Referi Sandro Şererə yan xətt hakimləri kimi Stefan de Almeyda və Yonas Erni köməklik göstərəcəklər. Dördüncü hakim Luka Çibelli olacaq. VAR Lukas Fendrixə, AVAR isə Lionel Çudiyə etibar edilib.

Hər iki görüş fevralın 20-də keçiriləcək. "Qalatasaray" - "AZ Alkmaar" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də, "Anderlext" - "Fənərbağça" matçı isə saat 00:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.