İlk 25 oyununda komandası ən çox xal toplayan 10 məşqçi — Premyer Liqada

20-02-2025, 09:24           
İlk 25 oyununda komandası ən çox xal toplayan 10 məşqçi — Premyer Liqada
Arne Slotun baş məşqçisi olduğu “Liverpul” bu mövsüm İngiltərə çempionatında keçirdiyi 25 oyundan 60 xal toplayıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis eyni dövrdə Premyer Liqa tarixində ən çox xal toplayan üçüncü məşqçidir.

Bundan əvvəl Antonio Konte 2016/17 mövsümündə “Çelsi” ilə Premyer Liqaya eyni dərəcədə uğurlu başlamışdı.

Joze Mourinyo isə 2004/05 mövsümündə “Çelsi” ilə 64 xalla İngiltərə çempionatına ən yaxşı start verən çalışdırıcıların siyahısına başçılıq edir. Hər iki halda London klubu mövsümün sonunda çempion olub.

Premyer Liqada ilk 25 oyununda komandası ən çox xal toplayan 10 məşqçi:

1. Joze Mourinyo – 64 (Çelsi, 2004/05, çempion olub)

2. Antonio Konte – 60 (Çelsi, 2016/17, titul qazanıb)

3. Arne Slot – 60 (Liverpul, 2024/25)

4. Karlo Ançelotti – 58 (Çelsi, 2009/10, titul qazanıb)

5. Avram Qrant – 57 (Çelsi, 2007/08)

6. Qus Hiddink – 56 (Çelsi, 2008/09, 2009/10)

7. Con Qreqori – 56 (Aston Villa, 1997/98, 1998/99)

8. Manuel Pelleqrini – 54 (Mançester Siti, 2013/14, titul qazanıb)

9. Pep Qvardiola – 52 (Mançester Siti, 2016/17)

10. Tomas Tuxel – 51 (Çelsi, 2019/20, 2020/21)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru