PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu VİDEO

20-02-2025, 09:49           
PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu  VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin son qarşılaşmaları oynanılıb.

Oxu.Az xəbər verir ki, daha 2 komanda turnirin növbəti raunduna vəsiqə qazanıb.

Parisdə baş tutan fransız duelinin qalibi, gözlənildiyi kimi PSJ olub. Paytaxt klubu səfərdə "Brest"in qapısından 3, ev oyununda isə 7 cavabsız top keçirib. İki görüşün nəticəsinə görə, 10:0 qalib gələn Fransa çempionu adını ən güclü 16 komandanın siyahısına yazdırıb.
Gecənin ən maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. Yarışın son qalibi "Real" "Mançester Siti"ni qəbul edib. İngiltərədən 2:3 hesablı üstünlüklə qayıdan kral klubu bu dəfə də azarkeşlərini qələbə ilə sevindirib. Mbappenin het-triki madridlilərin 1/8 finala çıxmasını rəsmiləşdirib - 3:1 (6:3). Bu mövsüm uğursuz çıxışı ilə seçilən "şəhərlilər" isə Çempionlar Liqası ilə vidalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru