Bəzi futbol matçları təxirə salındı

Bu gün, 08:24           
Bəzi futbol matçları təxirə salındı
Futbol üzrə Azərbaycan II Liqasında XIV turun oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat Xidməti məlumat yayıb.

Davam edəcəyi proqnozlaşdırılan qarlı hava səbəbindən fevralın 24-25-də keçirilməsi nəzərdə tutulan görüşlər 27, 28 fevral və 1 mart tarixlərində baş tutacaq.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.