Beynəlxalq Olimpiya Komitəsindən Rusiya və Belarus idmançılarına "yaşıl işıq"

26-02-2025, 09:18           
Beynəlxalq Olimpiya Komitəsindən Rusiya və Belarus idmançılarına "yaşıl işıq"
Beynəlxalq Olimpiya Komitəsi (IOC) qış idman növləri üzrə federasiyaları Rusiya və Belarus idmançılarını 2026-cı il Qış Olimpiya Oyunlarının təsnifat yarışlarına buraxmağa çağırıb.

Teleqraf İsveçin SVT telekanalına istinadən xəbər verir ki, IOC mövqeyini Beynəlxalq Biatlonçular İttifaqı (IBU) və Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyasına (FIS) aydın izah edib.

SVT bildirir ki, bu, tələb yox, məsələnin həll yolu kimi irəli sürülüb: "Onlar neytral idmançıların Qış Olimpiya Oyunlarında iştirak edə bilmələri üçün həll yolu tapmaq istəyirlər və ümid edirlər ki, tezliklə neytral idmançıların təsnifat mərhələsini keçmələrinə icazə verəcəyik".

2024-cü ilin dekabrında Beynəlxalq Konkisürənlər İttifaqı (ISU) Rusiya idmançılarını olimpiya lisenziyalı yarışlara buraxıb.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina d Ampetso şəhərlərində keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru