Neymar “Barselona”ya qayıda bilər

Bu gün, 11:14           
Neymar “Barselona”ya qayıda bilər
“Santos”un futbolçusu Neymar yenidən Avropaya qayıdacaq.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı vingerin Braziliya klubu ilə müqaviləsi yayda başa çatır.

Ulduz futbolçu sabiq klubu “Barselona”ya qayıtmağı planlaşdırır. Bu barədə braziliyalı ön xətt oyunçusunun agenti Pini Zahavi məlumat verib. Braziliya millisinin üzvü iyul ayında azad agent statusunda olacaq.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.