İspaniya Kuboku: "Real Madrid" səfərdən qələbə ilə qayıdır Bu gün, 10:22 İspaniya Kral Kubokunda ikinci yarımfinal matçı baş tutub.Oxu.Az xəbər verir ki, "Real Madrid" səfərdə "Real Sosyedad"ın qonağı olub.Qarşılaşmanın taleyini 1 qol həll edib. Endrik 19-cu dəqiqədə fərqlənərək "Kral klubu"na qələbə qazandırıb - 0:1.Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 1-də keçiriləcək.Xatırladaq ki, ilk yarımfinal görüşündə "Barselona" Madrid "Atletiko"su ilə 4:4 hesablı bərabərliyə razılaşıb. Facebook-da paylaş