"Deyirlər, otaqdan yıxılıb, amma pəncərəmiz açılmırdı"   - Ölən Olimpiya çempionunun xanımı

4-03-2025, 10:14           
"Deyirlər, otaqdan yıxılıb, amma pəncərəmiz açılmırdı"   - Ölən Olimpiya çempionunun xanımı
Ötən gün Rusiyanın ləzgi əsilli sabiq sərbəst güləşçisi Buvaysar Saytiyev vəfat etməsi ilə bağlı xəbər vermişdik. 

İlkin məlumatlarda Moskva xəstəxanalarının birində dünyasını dəyişmiş Saytiyevin zəhərləndiyi iddia edilirdi. Qeyd olunurdu ki, sabiq sərbəst güləşçi ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Bu gün Rusiya mətbuatında Buvaysar Saytiyevin ölümü ilə bağlı yeni versiya ortaya çıxıb.

Mərhumun həyat yoldaşı İndira deyib ki, Buvaysar Şaytiyev öldüyü gün Moskvada yaşadığı ikinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. 

O, həmin vaxt evdə olmayıb, lakin mənzildə Buvaysarın qardaşı və iki uşağı olub.

Qadın deyir: “Bütün bunların necə baş verdiyini heç özüm də bilmirəm. Deyirlər, yataq otağından yıxılıb. Ancaq bizim yataq otağındakı pəncərələrimiz açılmır. O, həmişə orada olurdu".

Yıxılma nəticəsində Saitiev qabırğaları sınıb və çanaq sümüyü zədələnib. Saat 14:20-də o, M.E.Jadkeviç adına Şəhər Klinik Xəstəxanasına aparılıb. Saat 18 radələrində 6 uşaq atası ürək tutmasından dünyasını dəyişib. 

Üçqat Olimpiya çempionunun dəfn mərasimi Dağıstanın Novokuli kəndində keçiriləcək.

Buvaysar Saytiyev üçqat Olimpiya çempionu olub. O, həmçinin 6 qat dünya çempionatının və Avropa Birinciliyinin qızıl medalçısı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.