Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçunun forması oğurlandı

4-03-2025, 10:30           
Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçunun forması oğurlandı
Martın 1-də 2-ci Liqada mübarizə aparan "Quba Haypers" - "Şəmkir" komandalarının oyununda xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az "Teleqraf"a istinadən məlumat verir ki, qonaq komandanın 2:1 hesablı qələbəsinin rəsmiləşdiyi Quba Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi olub.

Matç zamanı "Şəmkir"in heyətində meydana daxil olmaq istəyən 21 nömrəli futbolçu Məmməd Məmmədovun geyimi yoxa çıxıb.

Ehtiyat forması olmadığı üçün 20 yaşlı Məmmədov meydana çıxa bilməyib.

Qərb təmsilçilərinin məşqçilər korpusu, administratoru hadisə barədə AFFA nümayəndəsini məlumatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru