Neymar yenidən "Barselona"da oynamaq üçün aşağı maaşa belə RAZIDIR

4-03-2025, 12:45           
Neymar yenidən "Barselona"da oynamaq üçün aşağı maaşa belə RAZIDIR
"Santos"un braziliyalı hücumçusu Neymar "Barselona"ya qayıtmaq üçün hər cür güzəştə getməyə hazırdır.

Oxu.Az xəbər verir ki, braziliyalı "Barselona"ya keçmək üçün aşağı maaşa belə qanedir. Qeyd olunur ki, futbolçunun bu qərarı İspaniya klubunun maliyyə məhdudiyyətləri nəzərə alınaraq atılıb. Belə olacağı təqdirdə transferin reallaşma ehtimalı xeyli artacaq.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matçda iştirak edib, 105 qol vurub və 76 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru