UEFA Çempionlar Liqası: Madrid derbisində üç qol vuruldu Bu gün, 08:40 UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında Madridin iki təmsilçisi - "Real Madrid" və "Atletiko Madrid" üz-üzə gəliblər.Oxu.Az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşmada "Kral klubu" qələbə qazanıb - 2:1.Ev sahiblərindən qolları Rodriqu və Dias vurublar. Qonaqlardan isə Alvares fərqlənib. Facebook-da paylaş