Futbol üzrə 2030-cu il dünya çempionatında 64 komanda iştirak edə bilər

7-03-2025, 17:25           
Futbol üzrə 2030-cu il dünya çempionatında 64 komanda iştirak edə bilər
FIFA-ya 2030-cu ildə keçiriləcək dünya çempionatında yığmaların sayının 64-dək artırılması imkanını nəzərdən keçirmək təklif olunub.

Bu barədə "The New York Times" nəşri xəbər verir.

Müvafiq təkliflə Uruqvayın nümayəndəsi çıxış edib. Nümayəndə 2030-cu ildə üç qitədə keçiriləcək mundialda yığmaların sayını 48-dən 64-dək artırmağı təklif edib.

FIFA prezidenti Canni İnfantino bu ideyanı maraqlı adlandırıb və onu öyrənməyi təklif edib.

Qeyd edək ki, Uruqvay DÇ-2030-un ev sahiblərindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru