Alvaro Neqredo karyerasını başa vurdu

7-03-2025, 17:18           
Alvaro Neqredo karyerasını başa vurdu
İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.

Oxu.Az xəbər verir ki, futbolçu 39 yaşında bu qərarı verib.

A.Neqredo karyerası ərzində "Sevilya", "Kadis", "Almeriya", "Valensiya" (hamısı İspaniya), "Mançester Siti", "Midlsbro" (hər ikisi İngiltərə) və "Beşiktaş" (Türkiyə) klublarında çıxış edib. Onun sonuncu iş yeri La Liqanın digər təmsilçisi "Valyadolid" olub.

O, "Mançester Siti"nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb.

Qeyd edək ki, A.Neqredo İspaniya millisində 21 oyun keçirib və 10 qol vurub. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru